Valideynlərin diqqətinə! Məktəblərdə forma geyimi yenidən məcburi olur
02.12.2025 13:37
893
Mədəniyyət
A
Valideynlərin diqqətinə! Məktəblərdə forma geyimi yenidən məcburi olur

Gələn tədris ilindən etibarən bütün dövlət məktəblərində I sinifdən VI sinfə qədər məktəb forması məcburi qaydada bərpa olunacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Təhsil naziri Qivi Mikanadze ümumi təhsil islahatının milli konsepsiyasının təqdimatında çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, sosial cəhətdən həssas ailələr məktəb formaları ilə bağlı müvafiq maliyyə dəstəyi alacaqlar.

“Biz məktəblərdə mövcud praktikanı araşdırdıq və sınaq rejimində belə bir qərar verdik ki, gələn tədris ilindən bütün dövlət məktəblərində I–VI siniflər üzrə, yəni ibtidai mərhələdə məktəb forması məcburi qaydada geri qaytarılsın. Eyni zamanda, təbii ki, sosial cəhətdən həssas ailələri də nəzərə alırıq və Səhiyyə Nazirliyi tərəfindən 60 000 bal və ya daha aşağı qiymətləndirilmiş bütün ailələr məktəb formaları ilə bağlı dövlətdən müvafiq dəstək alacaqlar” , - deyə Qivi Mikanadze bildirib.

ŞƏRH YAZ
5