Baş nazir BBC-nin iddialı süjetinə sərt reaksiya verdi
02.12.2025 13:49
423
Siyasət
A
Baş nazir BBC-nin iddialı süjetinə sərt reaksiya verdi

"Təəssüf ki, BBC tərəfindən tamamilə yalan məlumat yayıldı. Maddə su şırnağında qarışıq ola bilər, amma məsələ ondadır ki, həmin qarışıq nədən ibarətdir. BBC məhz bununla bağlı yalan danışmağa cəsarət etdi – 'kamit' adlı maddə ümumiyyətlə istifadə olunmayıb".

Aktual.ge xəbər verir ki, bunları jurnalistlərlə müsahibəsidnə Baş nazir İrakli Kobaxidze "BBC"nin iddialı süjeti ilə bağlı deyib.

Onun sözlərinə görə, BBC Gürcüstandakı “feyk televiziyaların” rəhbər tutulduğu standartlarla rəhbər tuta bilməz.

“Təəssüf ki, vaxtilə yüksək reputasiyaya sahib olan BBC bu gün belə yalanlar yayır. Bu mövzu ilə bağlı daha detallı məlumatı, əlbəttə ki, daxili işlər naziri və nazirlik açıqlayacaq. Amma əvvəlcədən deyə bilərəm ki, BBC tərəfindən tamamilə saxta məlumat yayıldı. Beynəlxalq media olan BBC-nin Gürcüstandakı 'feyk televiziyaların' standartları ilə işləməsi yolverilməzdir. Lakin görürük ki, standartlar mənfi mənada tamamilə eyniləşib. Sadə bir yalanı belə BBC kimi televiziya özünə rəva görə bilir, bu isə çox təəssüf və utancvericidir. BBC yalan danışanda buna adekvat qiymət verilməlidir. Faktlar sübut edir ki, bu, yalan idi. Bu barədə DİN məlumat yayacaq və bir daha BBC-nin hansı yalanı danışdığını ətraflı izah edəcək.

BBC-nin Çaxunaşvilinin rəyinə istinad etməsi artıq həmin televiziya kanalının standartlarının səviyyəsini göstərir. Bu səviyyə çox aşağı düşüb. Hamıya yaxşı məlumdur ki, ata-oğul Çaxunaşvililər radikal aksiyaların fəal iştirakçılarıdır. Onlardan biri prezident sarayına hücumda iştirak etmişdi. BBC belə şəxslərə istinad edirsə, bu artıq faciəvi bir hadisədir.

Bu maddələr 2009-cu ildə alınmışdı. Konkret adı çəkilən maddəyə gəlincə, həmin maddə bu materialın tərkibində ümumiyyətlə yoxdur. Buna görə də DİN sizə ətraflı izah edəcək ki, BBC hansı yalanı yayıb. Maddə su şırnağına qarışıq ola bilər, amma məsələ – həmin maddənin nə olmasıdır. BBC məhz bununla bağlı yalan danışdı. Hansı maddənin istifadə edildiyi barədə sizə daxili işlər naziri cavab verəcək. 'Kamit' adlı maddəyə gəlincə, 'kamit' ümumiyyətlə istifadə olunmayıb. Bu, sadə bir saxtakarlıqdır. Biz vaxtında BBC-yə detallı məlumat vermişdik, amma BBC bizim cavabımıza yox, ata-oğul Çaxunaşvililərin açıqlamasına istinad etdi. Bu isə BBC-nin 'feyk televiziya' kimi davrandığını bir daha təsdiq edir”, - deyə İrakli Kobaxidze qeyd edib.


BBC-nin 1 dekabr tarixidnə yayimladığı xüsusi reportajında Gürcüstan hökumətinin keçən il hökumət əleyhinə aksiyaları dağıtmaq üçün Birinci Dünya Müharibəsi dövrünə aid kimyəvi silahdan istifadə etdiyini iddia edib.

BBC-nin yazdığına görə, “Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasına qarşı mübarizə aparan nümayişçilər göz yanması, nəfəs darlığı, öskürək və həftələrlə davam edən qusma kimi müxtəlif simptomlardan şikayətlənirdilər”.

BBC-nin məlumatına görə, onlar "World Service" kimyəvi silah mütəxəssisləri, Gürcüstan xüsusi təyinatlı dəstəsinin nümayəndələri və həkimlərlə danışıb və “sübutların Fransız ordusunun ‘Kamiti’ adlandırdığı maddənin istifadəsinə işarə etdiyini” aşkar ediblər.

ŞƏRH YAZ
13