Təhsil Nazirliyi məktəblərdə mobil telefon qadağası tətbiq etməyi planlaşdırır
02.12.2025 14:12
349
Maraqlı
A
Təhsil Nazirliyi məktəblərdə mobil telefon qadağası tətbiq etməyi planlaşdırır

Təhsil Nazirliyi məktəb prosesində mobil telefonların istifadəsini qadağan etməyi planlaşdırır.

Aktual.ge xəbər verir ki, bunu Təhsil naziri Qivi Mikanadze ümumi təhsil islahatlarının milli konsepsiyasının təqdimatında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, uyğun standart hazırlanacaq və elə balans qorunacaq ki, nə tədris prosesi zərər görsün, nə də uşağın valideyni ilə ünsiyyət hüququ pozulsun.

“Məktəb mühitinə fokuslanmaq və tam iştirak üçün hesab edirik ki, məktəb prosesində mobil telefonların istifadəsini qadağan etmək vacibdir. Müvafiq qayda hazırlanacaq və həmin standart əsasında tətbiq ediləcək. Əlbəttə ki, balans maksimum qorunacaq ki, nə tədris prosesi pozulsun, nə də uşağın valideyni və ya onun üçün vacib olan şəxslə ünsiyyət hüququ əngəllənsin”, - deyə o, qeyd edib.

ŞƏRH YAZ
0