Kateqoriyalar
2025-ci ilin oktyabrında Moldovanın dövlət borcu bütün dövrlərin maksimumuna - 128.6 milyard moldovan leyinə (yerli valyuta) çatıb. Bu göstərici bir ay ərzində 1.3 milyard ley, yanvardan bəri isə 7.2 milyard ley artıb. Bu rəqəm 10 ayda 6%-lik artımı ifadə edir və əsasən illik 10%-dən çox artan daxili borclanma ilə bağlıdır.
Aktual.ge "Rustavi2" telekanalına istinadən xəbər verir ki, ümumi borcun hələ də 62%-dən çoxunu təşkil edən xarici borc da 3.3% artıb.
Bu artıma baxmayaraq, 2025-ci il üçün optimist iqtisadi artım proqnozları sayəsində borcun ÜDM-ə nisbəti bir qədər azalaraq 36.6%-ə düşüb.