Qela Qeladze:
03.12.2025 00:49
411
Siyasət
A
Qela Qeladze: "DİN heç vaxt kamit adlı maddəni satın almayıb"

"Vaxtanq Qomelauri onu nəzərdə tuturdu ki, 2009-cu ildə müxtəlif maddələr alınıb, sadəcə sizin ümidləriniz puça çıxdı və bu 'kamit' deyil - bütün sənədlərlə tanış oldum və əminliklə deyə bilərəm ki, Daxili İşlər Nazirliyi heç vaxt 'kamit' adlı maddəni satın almayıb".

Aktual.ge xəbər verir ki, bunları daxili işlər naziri Qela Qeladze jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, BBC-nin məlumatı, guya Gürcüstan hökumətinin ötən il aksiyaları dağıtmaq üçün “kamit”dən istifadə etməsi, yalandır.

“Daxili İşlər Nazirliyinin aksiyanın iştirakçılarına qarşı qadağan olunmuş maddə – 'kamit' tətbiq etməsi ilə bağlı yayılan ittiham tam absurddur, yalandır və həqiqətə uyğun deyil. Mən şəxsən bütün sənədlərlə, bu istiqamətdə həyata keçirilmiş bütün alışlarla tanış oldum və tam məsuliyyətlə deyə bilərəm ki, Gürcüstanın Daxili İşlər Nazirliyi heç vaxt 'kamit' adlı maddəni satın almayıb. Dövlət Təhlükəsizliyi Xidməti araşdırmaya başlayıb. Əlbəttə ki, bütün müvafiq ekspertizalar təyin olunacaq, bütün şəxslər dindiriləcək və suallara cavab veriləcək. Cənab Vaxtanq isə onu nəzərdə tuturdu ki, 2009-cu ildə müxtəlif maddələr alınıb, sadəcə ümidləriniz puça çıxdı və bu 'kamit' deyil" , - deyə Qela Qeladze vurğulayıb.


BBC-nin 1 dekabr tarixidnə yayimladığı xüsusi reportajında Gürcüstan hökumətinin keçən il hökumət əleyhinə aksiyaları dağıtmaq üçün Birinci Dünya Müharibəsi dövrünə aid kimyəvi silahdan istifadə etdiyini iddia edib.

BBC-nin yazdığına görə, “Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasına qarşı mübarizə aparan nümayişçilər göz yanması, nəfəs darlığı, öskürək və həftələrlə davam edən qusma kimi müxtəlif simptomlardan şikayətlənirdilər”.

BBC-nin məlumatına görə, onlar "World Service" kimyəvi silah mütəxəssisləri, Gürcüstan xüsusi təyinatlı dəstəsinin nümayəndələri və həkimlərlə danışıb və “sübutların Fransız ordusunun ‘Kamiti’ adlandırdığı maddənin istifadəsinə işarə etdiyini” aşkar ediblər.

ŞƏRH YAZ
13