Rustavidə sığorta dələduzluğu: Süni şəkildə onlarla avtomobil qəzası təşkil edən qrup saxlanıldı
03.12.2025 11:34
517
Kriminal
A
Rustavidə sığorta dələduzluğu: Süni şəkildə onlarla avtomobil qəzası təşkil edən qrup saxlanıldı

Rustavidə yol-nəqliyyat hadisələrini süni şəkildə təşkil edərək sığorta şirkətlərindən pul alan bir qrup saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, qrup bir il ərzində 63 saxta avtomobil qəzası təşkil edib və sığorta şirkətlərindən qanuni ödəniş adı altında vəsait əldə edib.

İstintaqın məlumatına görə, dələduzluq sxeminin təşkilatçıları toqquşmaları və zədələnmələri qəsdən imitasiya edərək, vəsaiti əsassız şəkildə əldə etməyə çalışıblar.

Təqsirləndirilən şəxslər günahları sübuta yetiriləcəyi təqdirdə 7 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Ağır cinayətdə ittiham olunan şəxslər məhkəmənin qərarı ilə artıq həbs-qətimkan tədbiri altında saxlanılırlar.

ŞƏRH YAZ
9