Gürcüstanda hər beş nəfərdən biri sosial yardım alır. Daha dəqiq desək, Sosial Xidmət Agentliyinin oktyabr ayı üzrə məlumatına əsasən, ümumilikdə 708 245 nəfər sosial müavinət alır.
Aktual.ge xəbər verir ki, onlardan 461 796 nəfər yalnız ünvanlı sosial yardım, 246 449 nəfər isə məşğulluğun təşviqi üzrə dövlət proqramının iştirakçısıdır və bu şəxslərin sosial statusu 4 il müddətinə zəmanət altındadır.
Statistikaya görə, regionlar arasında ən çox ünvanlı sosial yardım Tbilisidə verilir, lakin əhali ilə müqayisədə ən yüksək göstərici Racha-Leçxumi və Aşağı Svanetiya bölgəsindədir. Burada əhalinin yarısından çoxu sosial olaraq həssas kateqoriyaya daxildir.
Gürcüstanın rəsmi statistika xidmətinin (Sakstat) və Sosial Xidmət Agentliyinin məlumatlarına əsaslanaraq regionlar üzrə yardım alanların göstəricilərini təqdim edirik:
Tbilisi
Əhali: 1 282 574 nəfər
Sosial yardım alanlar: 154 254 nəfər
12%
Quriya
Əhali: 100 579
Sosial yardım alanlar: 27 082
27%
Racha-Leçxumi və Kvemo Svaneti
Əhali: 25 720
Sosial yardım alanlar: 13 231
51%
Kaxeti
Əhali: 298 504
Sosial yardım alanlar: 67 544
23%
İmereti
Əhali: 433 314
Sosial yardım alanlar: 84 835
20%
Mtsxeta-Mtianeti
Əhali: 92 681
Sosial yardım alanlar: 18 709
20%
Samegrelo – Zemo Svaneti
Əhali: 283 264
Sosial yardım alanlar: 80 765
29%
Samtsxe–Cavaxeti
Əhali: 140 221
Sosial yardım alanlar: 20 491
15%
Kvemo Kartli
Əhali: 438 909
Sosial yardım alanlar: 112 625
26%
Şida Kartli
Əhali: 242 046
Sosial yardım alanlar: 56 790
23%
Acara
Əhali: 366 694
Sosial yardım alanlar: 71 919
20%