Kvemo Kartlidə əhalinin 26%-i sosial yardım alır
03.12.2025 13:01
377
Siyasət
A
Kvemo Kartlidə əhalinin 26%-i sosial yardım alır

Gürcüstanda hər beş nəfərdən biri sosial yardım alır. Daha dəqiq desək, Sosial Xidmət Agentliyinin oktyabr ayı üzrə məlumatına əsasən, ümumilikdə 708 245 nəfər sosial müavinət alır.

Aktual.ge xəbər verir ki, onlardan 461 796 nəfər yalnız sosial yardım, 246 449 nəfər isə məşğulluğun təşviqi üzrə dövlət proqramının iştirakçısıdır və bu şəxslərin sosial statusu 4 il müddətinə zəmanət altındadır.

Kvemo Kartlidə ümumilikdə 438 909 nəfər yaşayır və onlardan 112 625 nəfər sosial yardım alır, bu da əhalinin 26%-ni təşkil edir.

ŞƏRH YAZ
0