Tbilisidə Yeni il ağacı bu tarixdə işıqlandırılacaq
03.12.2025 14:20
727
Maraqlı
A
Tbilisidə Yeni il ağacı bu tarixdə işıqlandırılacaq

“Planlaşdırılmış Yeni il tədbirləri 27 gün ərzində Birinci Respublika Meydanında keçiriləcək”.

Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin bu günkü iclasında bildirib.

"12 dekabrdan 7 yanvaradək Tbilisi Meriyas; müxtəlif əyləncəli və şou proqramları təşkil etməyi planlaşdırır. Yeni il mövzulu məkanlar ənənəvi olaraq mədəni, təhsil, uşaq və müxtəlif mövzulu fəaliyyətlər, həmçinin fərqli janrlarda konsertlərlə zəngin olacaq” , - bildirən Kaxa Kaladze  əlavə edib ki, mərkəzi Yeni il ağacı da 12 dekabrda işıqlandırılacaq.

“12 dekabrda mərkəzi Yeni il ağacının işıqlandırılması ilə paralel olaraq bütün şəhər boyu Yeni il işıqları yandırılacaq, xüsusi olaraq bayram üçün bəzədilmiş Birinci Respublika Meydanı isə məhz 12 dekabrdan Tbilisi sakinlərini və qonaqlarını qəbul edəcək. Bir daha özəl şirkətləri və biznes sektorunun nümayəndələrini çağırıram ki, ənənəvi olaraq birlikdə şəhərimizin Yeni il görüntüsünün yaradılmasına diqqət yetirək – həm “'eni il kəndində', həm də şəhər səviyyəsində mövcud olan park və skverlərdə” – Kaxa Kaladze qeyd edib.

ŞƏRH YAZ
14