BBC-yə dedikləri yalanı istintaqa deyə bilməyəcəklər| Kobaxidze
03.12.2025 15:42
395
Siyasət
A
BBC-yə dedikləri yalanı istintaqa deyə bilməyəcəklər| Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BBC tərəfindən yayımlanmış araşdırma materialına münasibət bildirərək deyib ki, BBC-yə verilmiş açıqlamalarla istintaqa yalan danışmaq mümkün olmayacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, araşdırmanın başlanması artıq hüquqi məsuliyyət yaradır və bu səbəbdən iddiaların müəllifləri əvvəlki bəyanatlarını təkzib etməyə məcbur olurlar.

Baş nazir qeyd edib ki, BBC süjetində təqdim olunan məlumatlar tamamilə yalandır və “kamit” adlı kimyəvi maddənin tətbiqi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Kobaxidze əlavə edib ki, nazirlik bu maddəni yalnız tətbiq etməyib, hətta “Vahid Milli Hərəkat” dövründə də DİN belə bir maddə almayıb:

“Bir daha açıq şəkildə demək olar ki, ‘kamit’ maddəsi nəinki istifadə olunmayıb, hətta ‘Milli Hərəkat’ın dövründə də DİN tərəfindən alınmayıb. Bu, iddiaların saxta olduğunu tam göstərir”.

Baş nazir vurğulayıb ki, BBC-nin etibar etdiyi əsas mənbələr — atas-oğul Çaxunaşvililər — radikal aksiyaların iştirakçılarıdır və onların dediklərinə istinad edilməsi televiziya kanalında standartların “minimuma düşdüyünü” göstərir:

“Çox təəssüf doğuran haldır ki, bir vaxtlar yüksək reputasiyaya malik olan BBC bu qədər miqyaslı yalanı yayır. Standartlar bu dərəcədə aşağı düşməsəydi, belə bir yalanı efirə vermək mümkün olmazdı”, — deyə Kobaxidze bildirib.

ŞƏRH YAZ
16