“Gürcüstanın işğalın ləğv edilməsi ilə bağlı prinsipial mövqeyi və qırmızı xətləri var”.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze Moskva-Tbilisi danışıqlarının bərpası barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən deyib.
Baş nazirin dediyinə görə, işğalın ləğvi Gürcüstan hökuməti üçün nəzərdən keçirilməyəcək qırmızı xətdir.
“Bu, bizim üçün qırmızı xətdir. Əlbəttə, bu məsələ üzrə heç bir güzəşt mümkün deyil. Bu, elə bir qırmızı xətdir ki, ona yenidən baxmağı planlaşdırmırıq”, - deyə İrakli Kobaxidze bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan etmişdi ki, Moskva Gürcüstanın şərtləri ilə siyasi dialoqu bərpa etməyə hazır deyil. XİN qeyd edib ki, Rusiyanın “Abxaziya və Cənubi Osetiya respublikaları”nın tanıması barədə qərarı dəyişməyəcək.