2025-ci ilin noyabrında, əvvəlki ayla müqayisədə, Gürcüstanda inflyasiya səviyyəsi 0.4%, illik inflyasiya isə 4.8% təşkil edib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xidməti Statistika ("Saksat") yayıb.
Baza inflyasiyasına gəldikdə isə, “Sakstat”ın məlumatına görə, 2025-ci ilin noyabrında bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2.6%, tütün məhsulları istisna olmaqla illik baza inflyasiyası isə 2.3% olub.
Eyni məlumatlara əsasən, noyabr ayında, ötən ilin eyni dövrü ilə müqayisədə ən çox bahalaşan məhsullar arasında gavalı, armud və buğda çörəyi yer alır.
Bu ilin noyabr ayında ən çox bahalaşan ilk on məhsul belədir:
Gavalı – 102%
Armud – 53%
958 əyarlı nişan qızılı – 47%
Limon – 45.5%
Şaftalı – 36%
Kartof – 28%
Dondurma – 27%
Buğda çörəyi – 21.5%
Kakao – 21%
Şokolad plitkası – 21%