“Rejimin siyasəti hər kəsə təsir edir, hər kəsi sıxışdırır
05.12.2025 11:36
427
Siyasət
A
“Rejimin siyasəti hər kəsə təsir edir, hər kəsi sıxışdırır" | Zurabişvili

"Rejimin siyasəti hər kəsə təsir edir, hər kəsi sıxışdırır və hər kəsin imkanlarının yolunu bağlayır".

Aktual.ge xəbər verir ki, bunu sosial şəbəkədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili yazıb. 

O, bu fikirlərlə təhsil sistemində planlaşdırılan islahatlarla bağlı nazir Qivi Mikanadzenin açıqlamalarına münasibət bildirib.

Salome Zurabişvilinin izahına görə, nazirlik tərəfindən təhsil sahəsində elan olunan islahatlar hər kəsə təsir göstərəcək, o cümlədən bu gün imtiyazlı vəziyyətdə olanların övladlarına da.

“İnanmayın ki, bugünkü imtiyazlı mövqeləriniz sabah sizin övladlarınızı qoruyacaq. Onlar da bir nazirlik tərəfindən yaradılmış komissiyanın hazırladığı dərs vəsaiti ilə oxuyacaqlar. Onların da xaricdə ali təhsil almalarına məhdudiyyət qoyulacaq (Rusiya onların idealı deyilsə)... Ölkənin təcrid olunması hər kəsin taleyinə təsir edəcək”, – deyə Salome Zurabişvili yazır.

Məlumat üçün bildirək ki, 2026-cı ildən etibarən qrantlı maliyyələşdirmə modeli ləğv olunur. Bundan sonra dövlət universitetlərinə qəbul olunan bütün tələbələrin təhsil haqqını dövlət tam şəkildə maliyyələşdirəcək.

Özəl universitetlərə gəlincə, 2026-cı ildən etibarən ora qəbul olunan tələbələr üçün dövlət maliyyəsi ayrılmayacaq.

Bununla yanaşı, təhsil, elm və gənclər naziri bildirib ki, hazırda ali təhsil alan tələbələr üçün elan olunan dəyişikliklər tədris başa çatana qədər qüvvədə olmayacaq və onlara şamil edilməyəcək.

ŞƏRH YAZ
2