Narkotik cinayətlərinə görə 75 nəfər saxlanılıb - VİDEO
05.12.2025 11:41
478
Siyasət
A
Narkotik cinayətlərinə görə 75 nəfər saxlanılıb - VİDEO

Hüquq-mühafizə orqanları son 48 saat ərzində narkotik cinayəti ittihamı ilə 75 nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir müavini Giorgi Saxokia açıqladı.

Onun sözlərinə görə, əməliyyatlar zamanı xüsusilə böyük miqdarda narkotik vasitələr müsadirə edilib.

“Daxili İşlər Nazirliyi narkotik cinayətkarlığına qarşı qanunvericiliklə nəzərdə tutulmuş sərt tədbirlərin həyata keçirilməsini davam etdirir. Hüquq-mühafizə orqanları Tbilisidə və regionlarda eyni vaxtda daha bir genişmiqyaslı xüsusi polis əməliyyatı keçirdi. Son 48 saat ərzində narkotik cinayətinə görə 75 nəfər saxlanılıb. Onların arasında həm Gürcüstan, həm də digər ölkələrin vətəndaşları var.

Saxlanılan şəxslərə böyük və xüsusilə böyük miqdarda narkotik və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışı və satışına şərait yaratmaq ittihamı irəli sürülür.

Məhkəmə qərarı əsasında aparılmış gizli istintaq tədbirləri — audio və video çəkilişlər — saxlanılanların əksəriyyətinin narkotik vasitələrin satışını sistematik şəkildə həyata keçirdiyini təsdiqləyir. Onlar satış üçün müxtəlif üsullardan istifadə edirdilər.

Aparılan axtarışlar və istintaq eksperimenti zamanı şübhəlilərin üzərindən, avtomobillərindən, yaşayış evlərindən və onların göstərdiyi ünvanlardan sübut kimi satışa hazır böyük həcmdə müxtəlif növ narkotik və psixotrop maddələr götürülüb. Onların arasında “kokain”, “heroin”, “alfa-PVP”, “MDMA”, “metadon”, “subutex”, “buprenorfin”, “pregabalin”, “Lirika” və “marixuana” var”, – deyə Giorgi Saxokia bildirib.

ŞƏRH YAZ
0