Milli Qida Agentliyi süd məhsulları fabrikinin fəaliyyətini dayandırıb
05.12.2025 13:34
467
Siyasət
A
Milli Qida Agentliyi süd məhsulları fabrikinin fəaliyyətini dayandırıb

Qida Təhlükəsizliyi Milli Agentliyi süd tərkibli məhsullar istehsal edən müəssisənin fəaliyyətini dayandırıb.

Aktual.ge xəbər verir ki, Agentliyin inspektorları “Veli” MMC-yə məxsus obyektə (VÖEN: 400152866, ünvan: Barbare Eristavi-Jorjadze 17) baxış keçiriblər. Müəssisə süd tərkibli məhsulların (kəsmiyəbənzər, xamaəbənzər) istehsalını və satışını (əsasən çörəkxanalara) Agentliyin müvafiq qeydiyyatı və icazəsi olmadan həyata keçirirdi.

“İnspeksiya zamanı həmçinin kritik uyğunsuzluq – gigiyena normalarının pozulması aşkarlandı. Bu səbəbdən biznes operatoru cərimələndi və müəssisənin fəaliyyəti Agentliyin icazəsi verilənədək və uyğunsuzluqlar aradan qaldırılanadək dayandırıldı.

Qida Təhlükəsizliyi Milli Agentliyi istehsal və satış obyektlərinə nəzarəti davam etdirir. Agentlik vətəndaşlara müraciət edərək bildirir ki, hər hansı pozuntu aşkar edildiyi halda, məlumatı 1501 qaynar xəttinə bildirsinlər. Əhalinin aktiv iştirakı Agentliyə uyğunsuzluqları operativ şəkildə aradan qaldırmağa imkan verəcək”, – məlumatda qeyd olunur.

ŞƏRH YAZ
3