Kateqoriyalar
Gürcüstanın keçmiş Daxili İşlər naziri Vaxtanq Gomelauri bu gün səhər Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verib.
Aktual.ge xəbər verir ki, dindirmə BBC-nin “kamit” araşdırması ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Araşdırmada iddia olunurdu ki, 2024-cü ilin noyabr–dekabr aylarında hökumətə qarşı etiraz aksiyalarının dağıdılması üçün Birinci Dünya Müharibəsi dövrünə aid kimyəvi maddə istifadə edilib.
Reportajın dərcindən sonra DTX iki maddə üzrə cinayət işi açıb: vəzifə səlahiyyətlərindən sui-istifadə və xarici quruma düşmən fəaliyyətində kömək.İstintaq davam edir.