DTX-nın Marneulidə
05.12.2025 19:45
1685
Siyasət
A
DTX-nın Marneulidə "Atestat əməliyyatı"

Marneuli bələdiyyəsindəki 4 saylı rusdilli ictimai məktəbin direktoru vəzifəsini icra edən şəxs rüşvət üstündə saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin rəhbəri Emzar Qaqnidze keçirdiyi brifinqdə bildirib.

DTX-da keçirilən brifinqdə məktəb direktorunun ad və soyadı konkret açıqlanmayıb. Məlum olduğu qədəri ilə Marneuli 4 saylı dövlət məktəbinin direktoru Dilarə Darğallıdır.

"İlk iş Marneulidə qeydə alınıb. Marneuli 4 saylı dövlət məktəbinin fəaliyyətdə olan direktoru attestatın verilməsi üçün tələb olunan imtahanların guya müvəffəqiyyətlə verilməsi müqabilində bir vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət alarkən ifşa olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi üzrə istintaq aparılır, bu maddə 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur" , - deyə Emzar Qaqnidze qeyd edib.

DTX Gürcüstanın digər rayonlarda da korrupsiya ilə bağlı əməliyyat keçirib və ümumilikdə 5 nəfər saxlanılıb, 14 nəfərə qarşı isə cinayət işi açılıb.

ŞƏRH YAZ
8