Azərbaycanlı nazir: Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini də öyrənməlidirlər
06.12.2025 21:55
1256
Mədəniyyət
A
Azərbaycanlı nazir: Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini də öyrənməlidirlər

Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır və onlar həm öz ana dillərini, həm də dövlət dili olan gürcü dilini öyrənməlidir.

Aktual.ge xəbər verir ki, bunu "Report"a Tbilisidə rəsmi səfərdə olan Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların bu və digər dildə ali təhsil almaq imkanları məhdud olmamalıdır:

"Soydaşlarımızın Gürcüstan universitetlərində təhsil alması istiqamətində '1 plus 4' (1+4) (1 il dil öyrənmək, 4 il təhsil – red.) proqramı var. Bu proqramın faydası olub. Amma, eyni zamanda, həmin vətəndaşların müxtəlif dillərdə təhsil alması üçün, ali təhsil müəssisələrinə qəbul əldə etmək üçün imkanları genişlənməlidir".

ŞƏRH YAZ
13