Polis Tbilisidə narkotik cinayəti ilə bağlı bir nəfəri – Rusiya Federasiyası vətəndaşı, 1994-cü il təvəllüdlü O.K.-ni saxlayıb.
Aktual.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, saxlanılan şəxs sosial şəbəkələrdə yayılan informasiyalara əsasən, yaxınları tərəfindən iki gündür itkin kimi axtarılırdı. DİN bildirir ki, onun üzərində aparılan şəxsi axtarış zamanı polis bir ədəd bağlamada qablaşdırılmış narkotik maddə – “klefedron” aşkar edərək maddi sübut kimi götürüb.
Nazirliyin açıqlamasında deyilir:
“Tbilisi Polis Departamentinin əməkdaşları narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanması faktı üzrə Rusiya Federasiyası vətəndaşı – 1994-cü il təvəllüdlü O.K.-ni saxlayıblar. Maddi sübut kimi bir bağlamada ‘klefedron’ götürülüb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsi üzrə aparılır. Maddə 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.”
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, saxlanılan şəxs 31 yaşlı Rusiya vətəndaşı Oleg Kuprindir. Bildirilir ki, o, 7 dekabr saat 16:00-dan sonra əlaqəyə çıxmayıb və Tbilisinin Qldani rayonundakı evinə qayıtmamışdı.