09.12.2025 15:16
582
Siyasət
A
"Karserdəyəm, sınaq siçanı kimiyəm, üç aydan bir uşaqlarımı görə bilirəm..." | Levan Xabeişvili

Müxalif “Vahid Milli Hərəkat”ın siyasi şurasının sədri Levan Xabeişvili vəkillərə müraciət edərək deyib ki, onun barəsində seçilmiş qətimkan tədbiri kimi təyin olunmuş həbsin dəyişdirilməsi barədə vəsatəti “heç bir mərhələdə qaldırmasınlar”.

Aktual.ge xəbər verir ki, müxalif siyasətçi bu günkü məhkəmə prosesində deyib ki, “Kimyəvi silahla əhalini zəhərləyən insanlardan heç nə istəyə bilməz”.

Onun sözlərinə görə, o, karserdə, zindanda qalmağa “öyrəşib”. 

“Kimyəvi silahla, Çernobılda olduğu kimi, əhalini, hamilələri, azyaşlıları zəhərləyən adamlardan ‘xahişim yoxdur ki, mənə qətimkanı dəyişin’.

Karserdəyəm, sınaq siçanı kimiyəm, üç aydan bir uşaqlarımı görə bilirəm və bu, onların humanistliyidir. Azyaşlı uşaqlarımı görə bilmirəm, halbuki onlara ata lazımdır. Dörd aydan bir xüsusi icazə ilə görə bilirəm.

Höküm artıq çıxarılıb. Mamuka Mdinaraże artıq hökmü çıxarıb və məni həbsdə saxlayacaqlar. Buna görə də vəkillərə demək istəyirəm ki, karserdə, zindanda qalmağa öyrəşmişəm. Bu psixoloji təzyiqdir göyə bu 'dəmir barmaqlıqlar' arasından baxmalısan! Mənə ümumiyyətlə maraqlı deyil bu kimyəvi 'troika': Kobaxidze–Mdinaraże–İvanişvili ilə görüşmək”, - deyə Levan Xabeişvili qeyd edib.

Bundan əlavə, Levan Xabeişvili məhkəmədə irəli sürülmüş ittiham barədə də danışıb.

“İttihama gəlincə, mənim bir müəllimə etdiyim təklifim əgər rüşvətdirsə, o zaman 2018-ci ildə İvanişvili fondundan insanların borclarını ödəyib, rüşvət elə budur. Hakimiyyətin devrilməsi ilə bağlı ikinci ittiham bilmirəm, bir sözə görə həbsdə ola bilərəmmi? ‘Dinc çevriliş’ dinc aksiyanın şüarı idi. Siz elə düşünürsünüz ki, doğrudan da kiməsə 'təpik vurmalı idik?' Burada söhbət İvanişvilinin dinc şəkildə devrilməsindən gedirdi, hakimiyyətin yox. Mənim hər hansı zorakılığa çağırışım barədə bircə cümlə belə yoxdur”, – deyə o, əlavə edib.

ŞƏRH YAZ
4