Kateqoriyalar
Rusiyanın İvanovo vilayətində “An-22” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Aktual.ge Report-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hadisəni təsdiqləyib və bildirib ki, təyyarə təmirdən sonra həyata keçirilən uçuş zamanı qəzaya uğrayıb.
Məlumata görə, “An-22” təyyarəsi İvanovo vilayətində Uvodskoye su anbarı ərazisində və ya Furmanov rayonu yaxınlığında yerə düşüb. Təyyarənin qalıqları suda aşkar edilib. Göyərtədə yeddi ekipaj üzvünün olduğu bildirilir, onların taleyi barədə məlumat dəqiqləşdirilir.
Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub. Qəzanın səbəblərini araşdırmaq üçün Rusiya Aerokosmik Qüvvələrinin xüsusi komissiyası bölgəyə göndərilib.