Gürcüstanda tranzit nömrələrinin qiyməti kəskin artırılır | Yeni tariflər açıqlandı
09.12.2025 16:39
1406
Maraqlı
A
Gürcüstanda tranzit nömrələrinin qiyməti kəskin artırılır | Yeni tariflər açıqlandı

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi tərəfindən göstərilən bəzi xidmətlərin haqqı artırılır. 

Aktual.ge xəbər verir ki, qiymət haqqının artırılması Gürcüstandan tranzit olaraq hərəkət edən nəqliyyat vasitələrinə xarici tranzit nömrəsinin verilməsinə və xarici ölkə vətəndaşları tərəfindən Gürcüstanda alınmış, sonradan ixrac və ya re-ixrac olunan nəqliyyat vasitələrinə aiddir.

Müvafiq qanunvericilik dəyişiklikləri artıq parlamentə təqdim edilib.

"Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış layihəyə əsasən, tranzit nömrəsinin verilməsi üçün xidmət haqqı 370 lari məbləğində müəyyən olunur. Mövcud qanuna görə, tranzit nömrəsinin bir cütünün verilməsi üçün xidmət haqqı 50 laridir.

Gürcüstanın gömrük ərazisindən çıxarılacaq, ixrac və ya re-ixrac üçün nəzərdə tutulmuş bir nəqliyyat vasitəsinin və ya bir kənd təsərrüfatı maşınının köməkçi texniki vasitəsinin ekspert yoxlanışı və müvafiq aktın tərtibi üçün xidmət haqqı 100 lari əvəzinə 180 lari olacaq.

Gürcüstanın gömrük ərazisindən çıxarılacaq, ixrac və ya re-ixrac üçün nəzərdə tutulmuş bir nəqliyyat vasitəsinin və ya bir kənd təsərrüfatı maşınının köməkçi texniki vasitəsinin maraqlı şəxsin müraciəti əsasında Agentliyin struktur bölməsinin ərazisindən kənarda ekspert yoxlanışı və müvafiq aktın tərtibi üçün xidmət haqqı 130 lari əvəzinə 200 lari olacaq.

Agentlik tərəfindən ixrac və ya re-ixrac üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi üçün gömrük deklarasiyasının və ya uçot arayışının doldurulması və/və ya gömrük proseduru və re-ixracla bağlı məlumatların (sənədlərin) Gəlirlər Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinə təqdim edilməsi və/və ya müvafiq məlumatların avtomatlaşdırılmış bazaya daxil edilməsi üçün xidmət haqqı 130 lari əvəzinə 200 lari olacaq.

Eyni zamanda, parlamentə təqdim edilən layihə ilə yeni xidmətlər müəyyən edilir. Xüsusilə, ixrac və ya re-ixrac üçün nəzərdə tutulan və Gürcüstanın gömrük ərazisindən çıxarılacaq nəqliyyat vasitəsinə tranzit nömrəsinin verilməsi xidməti üçün 150 lari məbləğində yeni xidmət haqqı müəyyən edilir. Yeni xidmət növünə həmçinin tranzit nömrəsinin verilməsini təsdiq edən sənədin təqdim edilməsi daxildir və bu xidmətin haqqı 20 lari olacaq.

Məsələ parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunacaq" , - məlumatda deyilir.

ŞƏRH YAZ
22