Kateqoriyalar
ABŞ Prezidenti Donald Tramp "Politico"ya verdiyi müsahibədə bildirib ki, Ukraynada artıq seçkilərin keçirilməsi zəruridir.
Aktual.ge xəbər verir ki, onun sözlərinə görə, Kiyev hakimiyyəti müharibəni seçkilərin təxirə salınmasına səbəb kimi istifadə edir və bu, demokratiyanın prinsiplərinə uyğun deyil.
“Düşünürəm ki, indi seçkilərin keçirilməsi üçün çox vacib vaxtdır. Onlar müharibədən seçkiləri keçirməmək üçün bəhanə kimi istifadə edirlər. Məncə, Ukrayna xalqının seçim imkanı olmalıdır. Ola bilsin, Zelenski qalib gəlsin – bilmirəm kim qazanacaq. Onlar uzun müddətdir seçki keçirmirlər. Bilirsiniz, demokratiyadan danışırlar, amma bir nöqtədən sonra bu artıq demokratiyaya bənzəmir” , – deyə Tramp vurğulayıb.