Kateqoriyalar
Polşada avtomobil oğurluğuna cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb
Aktual.ge xəbər verir ki, məlumatı Polşa mediası yerli hüquq-mühafizə orqanlarına istinadən yayıb.
Hadisə Varşavanın Ursinov rayonunda baş verib. Polşa mediasının bildirdiyinə görə, Gürcüstan vətəndaşı təxminən 150 000 Polşa zlotu (təqribən 41 000 ABŞ dolları) dəyərində olan avtomobili sındıraraq oğurlamağa cəhd göstərdiyi zaman saxlanılıb.
Şübhəli şəxsi 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.