Kateqoriyalar
Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa qurumlarını ikiqat standartlarda ittiham edib.
Aktual.ge-nin məlumatına görə, Baş nazir bu barədə hökumət administrasiyasında keçirilən brifinqdə danışıb.
O bildirib ki, Avropa bürokratları öz işlərinə müdaxiləni sevməsələr də, Gürcüstanın daxili proseslərinə fəal şəkildə qarışır və hətta ölkənin inkişafına mane olmağa çalışırlar.
Kobaxidze vurğulayıb ki, mövcud ikiqat standartlar Avropa İttifaqında inkişaf meyillərinə mənfi təsir göstərir və həm demokratiya, həm insan haqları, həm də iqtisadiyyat üçün problem yaradır. Baş nazir ümid edir ki, gələcəkdə Avropa bürokrasiyasında vəziyyət yaxşılaşacaq.