Batumidə 2 Türkiyə vətəndaşı bıçaqlanıb
11.12.2025 10:52
377
Kriminal
A
Batumidə 2 Türkiyə vətəndaşı bıçaqlanıb

Acara Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə Türkiyə Respublikasının vətəndaşı – 1980-ci il təvəllüdlü A.T.-ni isti izlərlə saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə mübahisə zamanı tanışlarına – Türkiyə Respublikasının vətəndaşları, 1988-ci il təvəllüdlü M.V.-yə və 1981-ci il təvəllüdlü F.O.-ya soyuq silahdan istifadə edərək bədənlərinin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

“Yaralanmış kişilər tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdiriliblər. Polis A.T.-ni təqsirləndirilən şəxs qismində isti izlərlə saxlayıb. İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur”, - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
7