Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, nə Gürcüstanın, nə də İsrailin xüsusi xidmət orqanlarında Gürcüstanda gözlənilən terror hücumları təhlükəsi barədə hər hansı məlumat olmayıb və buna görə də heç kimlə belə bir məlumat bölüşülməyib.
Aktual.ge xəbər verir ki, bu barədə DTX bəyanat yayıb.
Qurum hər kəsi “Gürcüstan üçün zərərli və yoxlanılmamış məlumatların yayılmasından” çəkinməyə çağırır.
“Gürcüstanın da, İsrailin də xüsusi xidmət orqanlarının Gürcüstanda gözlənilən terror hücumları təhlükəsi barədə heç bir məlumatı olmayıb və buna görə də heç kimlə belə məlumat paylaşılmayıb. Biz İsrailin xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqədəyik və onlar yayılmış yanlış məlumatlara görə təəccüb etdiklərini bildiriblər. Çox təəssüfedicidir və xarakterikdir ki, belə məlumat Gürcüstan mediasının bir qismi tərəfindən bizimlə dəqiqləşdirilmədən yayılır. Hər kəsi Gürcüstan üçün zərərli və yoxlanılmamış məlumatların yayılmasından qəti şəkildə çəkinməyə çağırırıq”, - deyə DTX tərəfindən yayılan bəyanatda qeyd olunub.