Hava pisləşir | XƏBƏRDARLIQ
11.12.2025 12:54
862
Siyasət
A
Hava pisləşir | XƏBƏRDARLIQ

Ətraf Mühit Milli Agentliyi əhalini hava şəraitinin pisləşməsi barədə xəbərdarlıq edir.

Aktual.ge xəbər verir ki, 12 dekabrın günün ikinci yarısından 14 dekabr səhərinədək Gürcüstanda (əsasən ölkənin qərb hissəsində) yağış, bəzi yerlərdə güclü yağış, dağlıq rayonlarda qar, bəzi yerlərdə güclü qar, duman, çovğun və yollarda buzlaşma gözlənilir.

13–14 dekabr tarixlərində ölkənin əksər ərazisində qərb küləyinin güclü əsəcəyi, dənizdə isə 4–5 ballıq fırtınanın mümkün olduğu bildirilir.

Gözlənilən güclü qar, zəif görünüş, çovğun və buzlaşmaya görə avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyula bilər. (Təhlükə səviyyəsi – orta).

ŞƏRH YAZ
2