Qida Təhlükəsizliyi Milli Agentliyi şirniyyat mağazalarında yoxlama aparır
11.12.2025 13:03
210
Siyasət
A
Qida Təhlükəsizliyi Milli Agentliyi şirniyyat mağazalarında yoxlama aparır

Qida Təhlükəsizliyi Milli Agentliyi, Yeni il ərəfəsində artan tələbatı nəzərə alaraq, ölkə üzrə bütün şirniyyat mağazalarında dövlət nəzarətini həyata keçirir.

Aktual.ge xəbər verir ki, obyektlərin sanitariya-gigiyena vəziyyəti, inventar, qidanın hazırlanması, saxlanması və satışı üçün şərait, eləcə də xammalın yararlılıq müddətləri yoxlanılır.

"Paytaxtda yoxlama prosesi fasiləsiz rejimdə davam edir. Tbilisi departamentinin inspektorları yoxlama ilə yanaşı, təhlükəsizlik tələbləri ilə bağlı tövsiyələr verirlər. Uyğunsuzluqlar aşkar edildiyi halda isə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür və pozuntular barədə ictimaiyyət məlumatlandırılır.

Qida Təhlükəsizliyi Milli Agentliyi istehlakçılara müraciət edərək bildirir ki, hər hansı pozuntu aşkar etdikdə, məlumatı 15-01 qaynar xəttinə təqdim etsinlər.

Agentliyin açıqlamasında qeyd olunur ki, istehlak bazarının birgə monitorinqi və əhalinin aktiv iştirakı Qida Təhlükəsizliyi Milli Agentliyinə uyğunsuzluqları vaxtında aşkar etməyə və aradan qaldırmağa imkan verəcək.”

ŞƏRH YAZ
0