Kvemo Kartli bölgəsində, xüsusən də Marneuli şəhərində gənclərin idmana cəlb olunması, futbol azarkeşliyinin təşviqi və idmanın inkişafı məqsədilə "iLink" internet provayder şirkəti mühüm addım atılıb.
Aktual.ge xəbər verir ki, şirkətdən bildirilib ki, “iLink” internet provayder şirkəti Marneulidə fəaliyyət göstərən “Algeti Arena”ya sponsorluq etməyə başlayıb.
Məlumata görə, bu əməkdaşlıq çərçivəsində arenanın futbol infrastrukturunun yaxşılaşdırılması, idman tədbirlərinin təşkili, gənclər arasında futbol və digər idman növlərinə marağın artırılması hədəflənir. Layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və regionda idman mühitinin gücləndirilməsidir.
Qeyd olunur ki, son illər Marneulidə futbol fanatlarının sayında nəzərəçarpacaq artım müşahidə olunur.

