Dəhşətli yanğın hadisəsi ana və qızının həyatına son qoyub
19.12.2025 17:31
1382
Hadisə
A
Dəhşətli yanğın hadisəsi ana və qızının həyatına son qoyub

Çxoroçqu bələdiyyəsinin Xabume kəndində yaşayış evində baş verən yanğın nəticəsində iki nəfər həyatını itirib.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, Xabume kəndi üzrə merin nümayəndəsi Nestan Qarçavanın verdiyi məlumata görə, yanğın bu gün səhər saatlarında baş verib.

Onun sözlərinə görə, ölənlər ana və övladdır.

Hadisə yerində bir neçə yanğın-xilasetmə briqadası çalışıb, polis əməkdaşları da cəlb olunub.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

ŞƏRH YAZ
16