Hökumət bina-tikililərin estetik xüsusiyyətləri ilə bağlı qərar qəbul edib.
Aktual.ge xəbər verir ki, 18 dekabr tarixli qərarla “Tikinti icazəsinin verilməsi və bina-tikililərin istismara qəbul edilməsi qaydaları və şərtləri haqqında” qərara dəyişikliklər edilib.
Nəticədə qərara aşağıdakı məzmunda yeni maddə əlavə olunub: Bina-tikililərin estetik xüsusiyyətlərindən fərqli estetik göstəricilərə malik memarlıq layihəsi üzrə icazənin verilməsi prosesində iştirak edən inzibati orqan:
Memarlıq layihəsinin razılaşdırılması mərhələsində, Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilmiş bina-tikililərin estetik xüsusiyyətlərindən fərqli olan memarlıq layihəsi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi sisteminə daxil olan publik hüquqi şəxs – Məkan və şəhərsalma inkişafı agentliyi (bundan sonra – PHŞ Məkan və şəhərsalma inkişafı agentliyi) ilə razılaşdırılmalıdır.
Bu maddənin birinci bəndində nəzərdə tutulan tələblər, həmçinin tikinti barədə bildiriş üzrə qərar qəbul edilməsi prosesində Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilmiş bina-tikililərin estetik xüsusiyyətlərindən fərqli olan memarlıq eskizlərinə də şamil olunur.
Bu maddədə nəzərdə tutulan hallarda PHŞ – Məkan və şəhərsalma inkişafı agentliyi ilə razılaşdırılmama tikinti icazəsinin verilməsindən və ya tikinti barədə bildiriş üzrə qərar qəbulundan imtina üçün əsas sayılır.
Memarlıq eskizi (o cümlədən I sinif bina-tikililər üzrə) hazırlanarkən, Gürcüstan hökumətinin müvafiq qərarı ilə müəyyən edilmiş tələblərə uyğun olaraq bina-tikililərin estetik xüsusiyyətlərinə riayət edilməlidir.
Qeyd edək ki, 2026-cı il 1 iyul tarixinədək Gürcüstan hökumətinin müvafiq qərarı ilə bina-tikililərin estetik xüsusiyyətlərinin müəyyən edilməsi qaydaları və şərtləri ilə müəyyən olunan tələblər tövsiyə xarakteri daşıyır. Bu tələblər 2026-cı il 1 iyul tarixindən etibarən məcburi olacaq.