Gürcüstanda 1 metrə çatan qar həyatı iflic edib
30.12.2025 11:26
544
Maraqlı
A
Gürcüstanda 1 metrə çatan qar həyatı iflic edib

Xulo, Şuaxevi, Keda, Helvaçauri və Kobuleti bələdiyyələrində avtomobil yollarının qar örtüyündən təmizlənməsi intensiv rejimdə aparılır.

Aktual.ge xəbər verir ki, bu barədə Acara Muxtar Respublikasının Hökumətinin yaydığı məlumatda deyilir. 

Bildirilib ki, yüksək dağlıq zonalarda yerləşən kəndlərdə qar örtüyünün qalınlığı 1 metrə çatır, qəsəbələrdə isə təxminən 50 santimetr təşkil edir.

“Müvafiq işlərə Acara Avtomobil Yolları Departamentinin texnikası və insan resursları cəlb olunub.

Hazırda inzibati mərkəzlərə aparan avtomobil yolları qar örtüyündən təmizlənir.

Yüksək dağlıq bələdiyyələrdə hərəkət zamanı sürüşməyə qarşı zəncirlərlə təchiz olunmuş yüksək keçid qabiliyyətli nəqliyyat vasitələrindən istifadə tövsiyə olunur”, - bildirilib.

Bununla yanaşı, qeyd olunub ki, Acarada əlverişsiz hava şəraiti bir sıra problemlər yaradıb. Güclü külək Kobuletidə yaşayış evlərindən birinin damını uçurub, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə müvafiq xidmətlərin nümayəndələri cəlb olunub.

ŞƏRH YAZ
3