Gürcüstanda 19 noyabra qədər olan hava şəraiti açıqlandı
16.11.2020 14:28
475
Maraqlı
A
Gürcüstanda 19 noyabra qədər olan hava şəraiti açıqlandı
16-19 noyabr tarixlərində Gürcüstanda yağışlı hava şəraiti gözlənilir. Aktual.ge xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 17-19 noyabr tarixlərində Gürcüstanın qərbində gün ərzində hava temperaturu +10, +15 dərəcə olacaq. 18-19 noyabr tarixlərində Şərqi Gürcüstanda hava buludlu keçəcək. Soyuq, dumanlı və yağışlı hava şəraiti gözlənilir. Dağlarda və yüksək dağlıq ərazilərdə isə qar yağacaq. 19 Noyabrda da qar fırtınası ola bilər. 19 noyabr tarixində havanın temperaturu gündüz +1, +6 dərəcəyə enəcək. Tbilisidə az yağış yağması mümkündür. 16-17 noyabr tarixlərində +13, +14 dərəcə isti olacaq, 19 noyabrda soyuq olacaq, duman gözlənilir, günün sonunda qar fırtınası ola bilər. Havanın temperaturu gün ərzində +3, +5 dərəcəyə enəcək.
ŞƏRH YAZ
3