Kateqoriyalar
Fransanın PSJ klubunun cinah oyunçusu Xviça Kvaratsxeliya Gürcüstanda ilin futbolçusu seçilib.
Aktual.ge xəbər verir ki, Gürcüstan millisinin üzvü bu titulu beşinci dəfə qazanaraq əfsanəvi Kaxa Kaladzenin göstəricisini təkrarlayıb.
2025-ci ildə Kvaratsxeliya PSJ ilə altı kubok əldə edib. O, Fransa Liqa 1, Fransa Kuboku, Fransa Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və FIFA Qitələrarası Kubokunu qazanıb.
Kvaratsxeliya həmçinin keçmiş klubu "Napoli" ilə İtaliya A Seriyasının qalibi olub.