Kateqoriyalar
Yanvarın 3 və 4 yanvar tarixlərində Gürcüstanda havanın temperaturunun kəskin şəkildə enməsi gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumata əsasən, Kolxeti ovalığında bəzi ərazilərdə gecə temperaturu -8 dərəcəyədək, Şida Kartli bölgəsində isə -17 dərəcəyədək enə bilər.
3 və 4 yanvar tarixlərində havanın kəskin soyuması nəticəsində subtropik bitkilərə və üzüm bağlarına ciddi ziyan dəyə bilər.
"Güclü şaxtalar və buzlanma avtomobil yollarının və magistralların bəzi hissələrində hərəkətin məhdudlaşdırılmasına, eləcə də elektrik ötürücü xətlərdə donma hallarına səbəb ola bilər" , - agentlik tərəfindən edilən xəbərdarlıqda hava şəraitinin təhlükə səviyyəsinin orta olacağı qeyd olunub.