Tramp:
03.01.2026 14:16
553
Dünya
A
Tramp: "Maduro və həyat yoldaşı ələ keçirilib"

"ABŞ Venesuelaya və onun lideri, Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatı uğurla həyata keçirib. Maduro həyat yoldaşı Silia Flores ilə birlikdə ələ keçirilib və ölkədən çıxarılıb".

Aktual.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial media hesabında məlumat verib.

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüatlar sonradan açıqlanacaq. Bu gün yerli vaxtla 11:00-da (Tbilisi vaxtı ilə 20:00-da red.) Mar-a-Laqoda mətbuat konfransı baş tutacaq. Diqqətinizə görə təşəkkür edirəm! Prezident Donald Tramp", - deyə Tramp qeyd edib.

"CBS News" xəbər verir ki, Maduro və həyat yoldaşı ABŞ-nin elit "Delta" hərbi bölməsinin döyüşçüləri tərəfindən ələ keçiriliblər.

Bundan əvvəl də ABŞ Venesuela Parlamentinin binasına zərbə endirib. Bu barədə Kolumbiya Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Venesuelada ən azı 11 obyektə hücum edib.

"Karakasdakı federal qanunvericilik sarayı bombardman edilib", - o yazıb.

ŞƏRH YAZ
11