Qabal elindən Azərbaycan Silahlı Qüvvələrinə minlərlə dollar yardım göndərilib
16.11.2020 16:13
1275
Mədəniyyət
A
Qabal elindən Azərbaycan Silahlı Qüvvələrinə minlərlə dollar yardım göndərilib
"Bu gün Qabal elindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrə Yardım Fonduna 12 200 (40 min 196 lari) ABŞ dolları yardım edilib". Bu barədə Aktual.ge xəbər portalına sözügedən yardım kampaniyasının təşkilatçılarından biri olan Murad Niyazov bildirib. O, Azərbaycanın haqlı mübarizəsində əldə etdiyi qələbədən dolayı təbrik edərək, Azərbaycan xalqına göz aydınlığı verib və şəhidlərə Allahdan rəhmət diləyib. "Gürcüstanın Laqodexi rayonunun Qabal ərazi vahidliyinin Qaracalar, Uzuntala, Gəncəli kəndlərinin sakinləri Azərbaycan Silahlı Qüvvələrinə öz dəstəyini sərgiləyib. Bu yardımı etməklə bildirmək istəyirik ki, biz Azərbaycan xalqı ilə bir yerdəyik",-deyə M.Niyazov deyib.
ŞƏRH YAZ
2