Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
08.01.2026 16:43
1490
Maraqlı
A
Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

9 yanvardan 10 yanvar səhərinədək Qərbi Gürcüstanda yağış gözlənilir, bəzi yerlərdə ildırım və şimşəklə müşayiət olunan güclü yağış ola bilər.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Məlumata əsasən, küləyin güclənməsi və dənizdə 3–4 bal gücündə fırtınalı dalğalanma ehtimalı var.

Agentliyin məlumatına görə, ölkənin yüksək dağlıq rayonlarında qar yağacağı, bəzi yerlərdə güclü olacağı, duman, çovğun və qar uçqunu təhlükəsi gözlənilir.

“Güclü qar, çovğun, görmə məsafəsinin pisləşməsi, buzlanma və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər",  - xəbərdarlıq edilən məlumatda müvafiq hava şəraitinin ttəhlükə səviyyəsi orta olaraq qiymətləndirilib.

ŞƏRH YAZ
1