Kateqoriyalar
Marneuli bələdiyyəsinin kəndlərindən birində dava baş verib.
Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə bu gün - 8 yanvar tarixində günün ikinci yarısında qeydə alınıb.
Əldə edilən məlumata əsasən, qrup davası zamanı bir gənc oğlan üz nahiyəsindən ağır xəsarətlər alıb.
Hazırda xəsarət alan şəxs Marneulidə yerləşən “Aversi” klinikasında müalicə olunur.
Hadisə ilə bağlı Aktual.ge-nin sorğusuna cavab olaraq Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin (Qəsdən sağlamlığa yüngül zərər vurma) 120-ci maddəsi ilə istintaqa başlanılıb.