09.01.2026 00:01
527
Siyasət
A
"Saakaşvili hakimiyyəti strateji enerji obyektlərini Rusiya tərəfinə, rus şirkətinə verib" | Jorjoliani

"İctimai bəyanatlarında antirus mövqe nümayiş etdirən, lakin əməlləri ilə bəlkə də ən rusiyapərəst olan Saakaşvili hakimiyyəti strateji enerji obyektlərini Rusiya tərəfinə, rus şirkətinə verib və eyni zamanda öz qərarı ilə artırılmış tariflərin ödənilməsini öz əhalisinin üzərinə qoyub. 'Gürcü Arzusu' və onun hakimiyyəti isə bundan imtina edib".

Aktual.ge xəbər verir ki, bu sözləri Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani deyib. 

O qeyd edib ki, Saakaşvili bütün strateji enerji obyektlərini satıb, o cümlədən Xram HES-lərinin “İnter RAO”ya verilməsi baş verib.

Onun sözlərinə görə, bununla bağlı hökumətin sərəncamı da verilib və həmin sənəddə hökumət rus tərəfinə vəd edib ki, onların ödədiyi məbləğlər artırılmış elektrik enerjisi tarifləri hesabına kompensasiya olunacaq.

"Təbii ki, bu da Gürcüstan əhalisi üçün əlavə yük demək idi və elektrik enerjisinin qiyməti artacaqdı. 'Gürcü Arzusu' hakimiyyəti məhz buna görə imtina edib. Birincisi ona görə ki, hökumətin belə bir tarifi müəyyən etmək səlahiyyəti ümumiyyətlə yoxdur, bu, SEMEK-in (Enerji və Su Təchizatı üzrə Milli Tənzimləyici Komissiya) səlahiyyətinə daxildir. SEMEK ədalətli və rus tərəfinin maraqları ilə üst-üstə düşməyən tarif müəyyən etdi və bu səbəbdən məsələ arbitraja çıxarıldı.

Ədliyyə Nazirliyinin çox fəal iştirakı və mübarizəsi nəticə verdi və bu gün 'İnter RAO' ilə barışıq sazişi imzalandı. Həmin sazişə əsasən, qərarın icrasının Gürcüstan iqtisadiyyatına minimal, demək olar ki, sıfıra yaxın təsiri olacaq" , - deyə Levan Jorjoliani qeyd edib.

ŞƏRH YAZ
16