Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Kareli Rayon Polis İdarəsinin əməkdaşları qrup halında törədilmiş quldurluq ittihamı ilə iki nəfəri — əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü A.M. və 2000-ci il təvəllüdlü G.K.-nı saxlayıblar.
Aktual.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, Kareli bələdiyyəsinin Dvani kəndində G.M.-ə məxsus yaşayış evində onun tanışı qadın A.M. və G.K. qonaq olublar. Bu zaman təqsirləndirilən şəxslər ev sahibinə məxsus pul vəsaitini qanunsuz olaraq ələ keçiriblər.
Hadisəni dərhal fark edən ev sahibi pulu geri almağa cəhd göstərib və bu, yerində fiziki qarşıdurmaya səbəb olub. G.M. İctimai Təhlükəsizliyin İdarəetmə Mərkəzi “112”-yə zəng etməyə çalışsa da, təqsirləndirilən şəxslər onun mobil telefonunu əlindən alaraq, qanunsuz olaraq mənimsədikləri pulla birlikdə hadisə yerindən qaçıblar.
Hüquq-mühafizə orqanları isti izlərlə aparılan operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində A.M. və G.K.-nı təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci hissəsinin “a” və 3-cü hissəsinin “a” bəndləri ilə aparılır ki, bu da 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.