Kateqoriyalar
Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun km 93–km 107 aralığında, yəni Qudauri (Poçt)–Kobi hissəsində qar uçqunu təhlükəsinin səviyyəsi yüksəkdir. Bu səbəbdən sözügedən yol sahəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.
Qurum sürücülərə və yol hərəkəti iştirakçılarına təhlükəsizlik məqsədilə tətbiq olunan məhdudiyyətləri nəzərə almağı və alternativ marşrutlardan istifadə etməyi tövsiyə edir.