Gürcüstandan Türkiyəyə qanunsuz keçmək istəyən üç nəfər saxlanılıb
09.01.2026 12:58
389
Siyasət
A
Gürcüstandan Türkiyəyə qanunsuz keçmək istəyən üç nəfər saxlanılıb

Sərhəd Polisinin əməkdaşları Batumi şəhərində yerləşən “Sarpi” sərhəd sektorunda Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edən üç xarici vətəndaşı saxlayıblar.

Aktual.ge xəbər verir ki, saxlanılan şəxslər 1973, 1976 və 1992-ci il təvəllüdlüdür.

Məlumata görə, onlar sərhəd-keçid məntəqəsini yan keçərək Gürcüstandan Türkiyə istiqamətində qanunsuz şəkildə keçməyə cəhd göstəriblər.

Faktla bağlı araşdırma aparılır. Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin “a” bəndi üzrə başlanıb. Sözügedən maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
1