Kateqoriyalar
Paytaxt Tbilisidə yerləşən “Kidobani” ticarət mərkəzində baş verən yanğın tam söndürülüb.
Aktual.ge xəbər verir ki, yanğın ticarət mərkəzində fəaliyyət göstərən mağazalardan birində başlayıb.
Hadisə yerinə dərhal Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub. Operativ müdaxilə nəticəsində alovun yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəbləri və dəymiş maddi ziyanın həcmi müvafiq qurumlar tərəfindən araşdırılır.