Kateqoriyalar
ABŞ prezidenti Donald Trump Macarıstanın baş naziri Viktor Orbana ünvanladığı məktubda ona qarşıdan gələn seçki kampaniyasında uğurlar arzulayıb.
10 dekabr tarixli məktubu Viktor Orban sosial şəbəkədə “Vaşinqtondan sevgi ilə!” qeydi ilə paylaşıb. Məktubda Donald Tramp Orbana Macarıstana dəvətinə görə təşəkkür edib və bildirib ki, onun komandası əlaqədə olacaq.
“Liderliyiniz dünyanın qalan hissəsi üçün nümunə olmalıdır. Siz Macarıstanı bu qədər möhtəşəm ölkəyə çevirən prinsipləri – inancı, ailəni və suverenliyi qorumaq üçün hər zaman qətiyyətlə mövqe tutmusunuz. Amerika bu cəsarətə heyrandır. Eyni zamanda, Macarıstandakı seçki kampaniyanızda sizə uğurlar arzulayıram”, – deyə Donald Tramp məktubunda qeyd edib.