Kateqoriyalar
Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində faciəvi hadisə qeydə alınıb.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə bu gün, 10 yanvar tarixində baş verib. İlkin məlumatlara əsasən, təxminən 40 yaşlı qadın yaşadığı evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib.
Hadisənin tam təfərrüatları bu mərhələdə məlum deyil.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Aktual.ge xəbər portalının sorğusuna DİN-dən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaqa başlanılıb. Sözügedən maddə "Qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində ölümə səbəb olmanı nəzərdə tutur".