Qırmızı bülletenlə axtarışda olan Türkiyə vətəndaşı Gürcüstanda saxlanılıb - VİDEO
11.01.2026 15:20
428
Kriminal
A
Qırmızı bülletenlə axtarışda olan Türkiyə vətəndaşı Gürcüstanda saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acara Baş İdarəsinin əməkdaşları "İnterpol" tərəfindən qırmızı bülletenlə axtarışda olan Türkiyə Respublikası vətəndaşı, 1973-cü il təvəllüdlü J.Q.-nu Batumidə saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

“Türkiyə Respublikası tərəfindən azadlıqdan məhrumetmə və hədə-qorxu (təhdid) faktlarına görə məhkum edilmiş şəxs 2025-ci ilin noyabr ayından qırmızı bülletenlə axtarışda idi.

Hazırda saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır”, - məlumatda deyilir.

ŞƏRH YAZ
0