Qanlı hadisə: Orta yaşlı kişi qətlə yetirilib
14.01.2026 23:37
1966
Kriminal
A
Qanlı hadisə: Orta yaşlı kişi qətlə yetirilib

Bu gün Tbilisinin Marjanişvili prospektində baş verən qətl faktı ilə bağlı Daxili İşlər Nazirliyi bir nəfəri saxlayıb.

Aktual.ge xəbər verir ki, qurumun məlumatına görə, saxlanılan şəxs 1991-ci il təvəllüdlüdür.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 1991-ci il təvəllüdlü A.D.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 14 yanvar tarixində Tbilisidə kəsici-deşici alətdən istifadə edərək 1987-ci il təvəllüdlü M.T.-yə ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları tərəfindən keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən A.D. hadisədən qısa müddət sonra, isti izlərlə saxlanılıb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.

Foto: IPN

 

ŞƏRH YAZ
9