"Tehran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə qədər regional ölkələrə ABŞ-ın İrana hücum etməsi halında bu ölkələrdəki ABŞ bazalarına hücum edəcək".
Aktual.ge xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyinə yüksək səviyyəli bir İran rəsmisi verdiyi açıqlamada bildirib.
İddia olunur ki, rəsmi Tehran bu ölkələrdən Vaşinqtonun İrana hücum etməsinin qarşısını almağı istəyib.
Yüksək səviyyəli iranlı rəsmi, ABŞ Prezidenti Donald Trumpın İrana müdaxilə təhdidlərindən sonra İran Xarici İşlər Naziri Abbas Əraqçi ilə ABŞ-ın Yaxın Şərq üzrə Xüsusi Nümayəndəsi Steve Witkoff arasında birbaşa əlaqənin dayandırıldığını ifadə edib.
İranlı rəsmi, ABŞ-ın təhdidlərinin diplomatik səyləri pozduğunu və illərdir davam edən nüvə münaqişəsinə diplomatik həll tapmaq məqsədilə bu iki rəsm arasında planlaşdırılan görüşlərin ləğv edildiyini vurğulayıb.